Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin paytaxtı Sənaya hava hücumları təşkil edib.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, hücumlar zamanı çoxu mülki şəxs olmaqla 70 nəfər həyatını itirib, 100-dən çox insan isə yaralanıb.
Yayılan məlumatlara görə, təkcə Yəməndəki hava limanının bombalanması nəticəsində 25 nəfər həlak olub. Yəmən-Səudiyyə Ərəbistanı sərhədində həyata keçirilən hücum zamanı isə 30 dinc sakin həyatını itirib.
Samir