Ankarada baş verən terror aktını törədənlərdən birinin adı açıqlanıb.
APA-nın məlumatına görə, bu barədə Türkiyə Baş prokurorluğunun məlumatında bildirilir.
O, iyulun 20-də Şanlıurfa əyalətində partlayış törədən, İŞİD-lə əlaqəsi olan terrorçu-kamikadzeninin qardaşı Yunus Emre Alagözdur.
“Digər terrorçu-kamikadzenin kimliyi hələ də, müəyyənləşdirilir. Onun qonşu dövlətlərdən birindən Türkiyə ərazisinə keçdiyi artıq məlumdur”, prokurorluqda qeyd edib