"Qətər Səudiyyə Ərəbistanı və Türkiyə ilə Suriya xalqını hazırki rejimin qəddarlığından qorumaq üçün hərbi müdaxilə etməyə hazırdır".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Qətər xarici işlər naziri Xalid əl-Attiye deyib.
Onun sözlərinə görə, lazım gəldikdə Qətər çəkinmədən bu addımı atacaq: "Tərəfləri dialoqa çağırırıq. Qısa zamanda sülh danışıqları başlanmalıdır".
Qətərli nazirin bu açıqlamasına Suriya xarici işlər nazirinin müavini Faysal Mekdad kəskin reaksiya verib: "Əgər Qətər Suriyaya hərbi müdaxilə etsə, bunu hücum kimi qəbul edəcəyik. Cavabımız çox sərt olacaq".
Samir