20 Aprel 2016 18:16
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oksford universitetinin Rusiya və Cənubi Qafqaz üzrə professoru, politoloq Neyl Makferleyn Dağlıq Qarabağ münaqişəsinin həlli və son günlər regionda yaranmış gərginliklərlə bağlı fikirlərini bölüşüb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, politoloq münaqişənin həlli və gərginliyin azaldılması ilə bağlı pessimist fikirlər söyləyib. Makferleyn Minsk qrupundan heç bir nəticə gözləmədiyini deyib.

O, "Qərb və Rusiya Minsk qrupunun tərkibində Azərbaycan və Ermənistanla əməkdaşlıq edir, ya rəqabət aparır? Əgər əməkdaşlıq edirsə, hansı nəticələri görürsüz" sualını cavablandırıb: "Əslində Minsk qrupu 1992-ci ildən bəri heç bir ciddi uğur əldə etməyib. Nəhayət, soruşmaq daha yaxşı olardı ki, Minsk qrupunun əməkdaşlığı nə dərəcə realdır. Nəticələr çox zəifdir. Bu münaqişənin həlli çox çətindir. Xarici qüvvələr kömək edə bilər, ancaq əsas tərəflərin mövqeyidir. Mən bilirəm ki, kompromis olacaq. Hesab edirəm ki, Rusiya da məsələnin sülh yolu ilə həllində əsas tərəf deyil.

Düşünürəm ki, Minsk qrupu artıq sözünü deyib. Tərəflərin Dağlıq Qarabağın statusu ilə bağlı razılığa gəlməsi və qaçqınların öz yurd-yuvalarına geri qayıtması əsas şərtlərdəndir. Azərbaycan və Ermənistan bununla bağlı razılığa gəlməsə, biz heç nə edə bilmərik. Hazırda gərginliyin azaldılması üçün işlər görmək vacibdir.".

Makferleyn Rusiyanın bu məsələdə mövqeyini “qəribə” adlandırıb: "Rusiyanın bu məsələdə mövqeyi çox qəribədir. Vurğuladığınız variantlara nəzər salsaq, bu, çox paradoksal haldır. Ancaq düşünmürəm ki, silah satışı regionda gərginliyi saxlamağa yönəlib. Əgər mən rus olsaydım, deyərdim ki, silah satışı regionda hərbi tarazlığın qorunmasına xidmət edir. Əgər hərbi tarazlığı saxlasaq, tərəflərin heç biri müharibəni yenidən başlamağa cəhd etməyəcək. Ancaq bir məsələyə diqqət yetirək. Rusiya tərəflərə hücum silahları satır. Bu, müəmmalı məsələdir".

Samir


Müəllif: