Hər birimizin ən özəl anlarımızda dərhal beynimizdə, dilimizdə təkrarlamağa başladığımız misralar var. Sanki o anda o bir neçə misra qədər həyatımızı heç nə dəqiq ifadə edə bilməz.
Teleqraf.com bu tip misralar movzusunda oxucularla sorğu keçirib. Sorğuda 100-ə yaxın oxucu iştirak edib.
Onların cavablarını təqdim edirik.
Gulnarə Mehdiyeva
Onu heç nə gətirmir,
Aparır fikir məni... (Orxan Bahadırsoy)
Aydın Hacıyev
Qorxma pul qoymuram sənin ovcuna,
Əyilib əlindən öpürəm sənin... (Ramiz Rövşən)
Rəsul Mirzəyev
Sən orda göyə baxırsan,
Burda məni yer aparır... (Ramiz Rövşən)
Günay Vahidsoy
Səndən də heç gözüm su içməmişdi,
Bu qədər göz yaşı hardandı məndə? (Xəzər Süleymanlı)
İslam Qasım
Görürsənmi? Amma necə görəsən,
qurtarmayıb hələ də aramızdan keçən
qatarın vaqonları... (Vaqif Səmədoğlu)
Elnurə Rzazadə
Bəlkə də biz xoşbəxt ola bilərdik,
Bəlkə də xoşbəxtik xəbəriniz yox... (Ramiz Rövşən)
Fatimə Mövlanlı
Allah özüm gəlim, ya kimisə göndərəcəksən? (Vaqif Səmədoğlu)
Ətayə Odər Əkbərsoy
Deyirəm, yaddaşım elə olsun ki,
Mənə dünənimi xatırlatmasın... (Bəxtiyar Vahabzadə)
Ali Abbasov
Sən vəfasız getdiyin gün bir qədər kövrəlmişəm.
Bir gözümdən sən düşərkən, bir gözümdən yaş düşüb... (Pünhan Əzimli)
Aynur Rəhimzadə
"Qərib və avara gecələrlə sevişən,
Və qorunmayan küçə şairiyəm...
Bir işıq dirəyinin kölgəsinə çəkilib,
Şeir doğuram..." (Cəlil Cavanşir)
Elçin Ağazadə
Barmaqlarım tələsər, düymələrin çözülər,
İçimə bir od düşər, titrəyər ayaqlarım,
Süd yolunda dincələr qurumuş dodaqlarım... (Qismət Rüstəmov)
Bərxudarova Günel
Mən ölüyəm, sən diri.
Mən qocayam, sən cavan.
Alnımın qırışına ilişərsən gen dolan... (Ramiz Rövşən)
Aytac Mərdanova
Sən mənim qədrimi biləsən deyə,
Bu cavan yaşımda ölümmü indi? (Əli Kərim)
Abdurraxim
Qəbrimin üstə dodaq izlərini öpmək üçün
Allahımdan da xəbərsiz diriləydim gecələr... (İlqar Fəhmi)
Qəmər Qəmər
Bir daha adını ağzıma alsam,
İnan ki, dilimi kəsəcəm, adam! (Qəmər)
Amil Ağayev
Ey könül, gedəndən ümidini kəs,
Gedən bir xəyala bənzəyir hər kəs... (Nəcib Fazil)
Dilarə Zamanova
Bahar ağaclardan çəkilən kimi,
Çəkildi başımdan gənclik sevdası... (Vaqif Bayatlı Odər)
Aynurə Şıxlı
İndi yaya qış deyirəm,
Sabiq qışa yay demişəm... (Məmmədhüseyn Şəhriyar)
Əli Nurəliyev
Allah inciməsin məndən,
Elə Allahım kimisən... (Habil Rzanur)
Samirə Əliyeva
Yandı canım hicr ilə vəsli-ruxi-yar istərəm.
Dərdiməndi firqətəm dərmani-didar istərəm... (Məhəmməd Füzuli)
Camal Nəzərov
Sənli xatirələr dağılıb evə,
Bağışla, otağım tör-töküntüdür... (Salam Sarvan)
Baba Abbasov
Sənsiz keçən günlərim oxşayır bir-birinə -
Sənsiz keçən günlərin yaxşısı, pisi yoxdu... (Baba Vəziroğlu)
Səbinə Tağıyeva
Səni sevdim, qar üstündə yem axtaran quş kimi... (Ramiz Rövşən)
Nəcməddin Rəhimov
Mən sənə sevirəm deyə bilmərəm,
Bu söz çox kişinin dilinə dəyib... (Mirbədəl Hüseynli)
Səyyarə Elxan
Harda axtarım səni,
Söylə hansı əsrdə?
Hansı monastırdasan?
Hansı uzaq qəsrdə? (Aqşin Yenisey)
Mərifət Ağazadə
Mən gedər-gəlməzdən dönməyib ölsəm,
Üzülmə bir dənəm, adam ölər də... (Əjdər Ol)
Paşa Ocaqlı
Uvuz insanların ucuz adına,
Bahalı içkilər içib gedəsən... (Cavid Günəşli)
Xəqani Kərimov
Nə qədər zirvəyə qalxıb ucalsan,
Sən qalxan zirvəyə enən deyiləm... (Bəxtiyar Vahabzadə)
Elvin Nasirov
O sizin adicə qızınızdırsa,
Mənimsə yeganə səadətimdir... (Nəriman Həsənzadə)
Elşad Əhmədov
Bilsən, gözəlim, sən nə qədər sevgili cansan,
Zülm eyləmə, qoy söyləməsinlər can alansan. (Əliağa Vahid)
Ələsgər Sönməz
Mən şəhərdə gəzəndə
insanlar biradamlıq kənardan keçirlər,
sanki yanımda yeriyirsən deyə... (Salam Sarvan)
Bəbir Tarverdiyev
Zahid, məni aldatma cəhənnəmdə od olmaz,
Onlar ki yanarlar odu burdan apararlar. (Seyyid Əzim Şirvani)
Sərxan Əhmədov
Ey bülbüli-qüdsi, nə giriftari-qəfəssən?
Sındır qəfəsi, tazə gülüstan tələb eylə... (İmadəddin Nəsimi)
Ələsgər Əhməd
Atan da, anan da yanında yatıb
Necə danışaq ki, eşidilməsin? (Musa Yaqub)
Günel Tahirli Cansu
Mənə bir az ondan danış... (Vuqar Rahi)
Kənan Dalğa
Tək o Allahdır eyibsiz, ona xasdır hər gözəllik,
Hərənin bir eybi vardır, hamı eybəcər deyilmi?! (Oqtay Kamil)
Günay İsmayılova
Hər gecə qandallanır ürəyim
darıxmağa...
əvvəlcə axşam düşür,
sonra mənim ürəyim... (Qismət Rüstəmov)
Səfa Rəşid
Sənin ad gününə gül dərmək uçun
Sinəmə çəkdiyin dağa çixiram... (Salam Sarvan)
İlkin Asiman
Nə vaxt görüşmüşük? Harda? Nə zaman?
Doğrusu, elə bil, yadımdan çıxıb... (Əli Kərim)
Məhəmməd Turan
Çünki, sən gözəldin, gözəl görünmək
Heç kəsə bu qədər yaraşmamışdı... (Kamal Abdulla)
Kəmalə Feyzullayeva
Küləyə söylədim ki, səndən hər axşam-səhər,
mənə gətirsin xəbər... (Xəzər Süleymanlı)
Musəvi Xəyalə
Mənimki eşq deyil, divanəlikdi
Düşərsən ismətdən-abırdan qayıt... (Həjar Şamiloğlu)
Ədalət Şahbazov
Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox... (Ramiz Rövşən)
Orxan Məmmədov
Gah əsgər, gah xəstə, gah dustaq oldum,
Qoymadım quruya gözün anamın. (Sücaət)
Aydan Ay
Hamı günahkardı dünyada, amma
Dünyada heç kəsin günahı yoxdu... (Ramiz Rövşən)
Əntiqə Səməndər
Sənə gözlərimdə yer saxlamışam,
Bilirsən necədir sevda yerləri... (Esmira Məhiqızı)
Anar Ağayev
Mən qələmdən qəm götürsəm
qəm qalar yalnız mənə... (Pərviz Arif)
Turğay Camal
Məni bundan sonra orda axtarın,
Gedirəm tüstünün gəldiyi yerə. (Elşən Mehdi)
Rəhim Həsənov
Ayrılıq bir cümlədir, ancaq ümidim var yenə
Nöqtəsin axırda qəsdən qoymuşam vergül kimi... (Pünhan Əzimli)
Aygün Nuray
Görünür məndən ötəri
Hardasa ölüm darıxır... (Ramiz Rövşən)
Tural Musayev
Kim ki, insanı sevər aşiqi-hürriyyət olar,
Bəli, hürriyyət olan yerdə də insanlıq olur. (Mirzə Ələkbər Sabir)
Elşən Mehdi
Adamdan adama ötüb keçmisən,
Piyada keçidi olmuşam sənə... (Elvin Paşa)
Elvin Paşa
Başı batmış heykəlləri
Göyərçinlər xəbər verir... (Elşən Mehdi)
Zəhra Ağayeva
Dünən nə yediyim yadımdan çıxıb,
Sən mənim yadımda çətin qalarsan... (Elkin Kərimli)
Cabbar Çətin
Dünya ucuz sandı, ya baha bildi
Nə satan tapıldı, nə alan məni. (Ramiz Rövşən)
Aqil Səmədzadə
Ölüm - ömrün ən gözəl
çağında haşiyəyə
çıxmaqdır. (Elşən Mehdi)
İsrail Fərhad
Yaxşı ki, bircə yol dəli deməklə,
Bircə yol adama oxşatdın məni. (Salam Sarvan)
Nərcis Əskəri
Bağrımı qan eylədi acı fərağın, gəl, yetiş!
Ey ləbi vəslət, şərabı-xoşgüvarım, hardasan?! (İmadəddin Nəsimi)
Rauf Muradov
Nə xoşbəxt imişəm bir zaman, Allah... (Əli Kərim)
Pərviz Arif
Uşaq idim.
Səhv edəndə gözlərini ağardaraq
qorxudardı anam məni.
Nə biləydim böyüyəcəm,
saçlarını ağardaraq qorxudacaq anam məni. (Rəşad Nağı Mustafa)
Lalə Əliyeva
Dünyayla savaşmaq asanmış demə,
Çətini özünlə barışmaq imiş... (Ramiz Rövşən)
Fəqan Haqverdiyev
Yetimlik uşağın özünün belə,
Kimə çəkdiyini bilməməyidir... (Elşən Mehdi)
İradə Qarayeva
Cəhənnəm çəkirəm savaba görə... (Musa Yaqub)
Sədi Şirinov
Ay qaranlıq, ulduzlar yox,
Yaman ölməli gecədir... (Vaqif Səmədoğlu)
Kərim Abi
Otağım xatirәlәrlə doludur, yox qorxum,
Ki, ölüm gәlsә dә sığmaz bura, dәhlizdә qalar. (Pünhan Əzimli)
Könül Rəcəbli
Ana! Ana!.. O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir! (Cəfər Cabbarlı)
Zəhra Əliyeva
Hərdən onun toxunduğu yerlər qopar bədənindən...
Hissə-hissə yoxa çıxarsan hərdən... (Aqşin Evrən)
Gülnarə Bayramova
Sıxılarsan, bilməzsən hara qoyasan bu nəhəng ayrılığı.
Görərsən, saçların onun çiyni üçün darıxır... (Aqşin Evrən)
Xədicə Namazlı
Ruhum nə vaxtdır, ölüb, cənazəsi qılınmır
Danışıram alınmır...
Danışmıram alınmır... (Elşən Mehdi)
Mərahim Nəsib
Bu gecə üstümü örtən olmayıb,
Bu gecə yamanca soyuqlamışam. (Məmməd Araz)
Heydər Səfərli
Yenə o bağ olaydı, yenə yığışaraq siz,
O bağa köçəydiniz... (Mikayıl Müşfiq)
Seyran İsmayılov
Susuzluqdan səngərdə ölən əsgərin
Gedərkən arxasınca su atmışdılar
Onu aldatmışdılar... (Qismət Rüstəmov)
Rayihə Əliyeva
Bilirəm ki, deməyəcək, bir sevgilim, bir də vətən,
Şair, nə tez qocaldın sən? (Səməd Vurğun)
Gülbəniz Abbasova
Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni.
Bir dəm bəlayi-eşqdən etmə cüda məni. (Məhəmməd Füzuli)
Vəzir Mirzəyev
İki şey ağıla nöqsan sayılar,
Yersiz susmaq ilə yersiz söz demək! (Sədi Şirazi)
Elçin Hüseynov
Sənin ad gününə qəsdən gecikdim,
Mən səni bir az da cavan saxladım. (Əlizadə Nuri)
Elen İsmayıl
Sən ağlım və ürəyim arasında qalan ən gözəl çarəsizliyimsən... (Camal Sürəyya)
Azər Quluzadə
Sən qız xeylağısan, adın Sevincdi,
Sən kişi deyilsən, adın dərd deyil. (Salam Sarvan)
Şükür Əli
İndi isə gəl ölüm-ölüm oynayaq,
Əvvəl mən ölüm sən bilmə,
Sonra sən ölmə, sən ölmə. (Vaqif Bayatlı Odər)
Adil Rakidi
Nə səndə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm əl açım sənə... (Nüsrət Kəsəmənli)
Orxan Saffari
Bu da ki sonuncu teleqramım:
Mən gələr olmadım, yolu qarşıla... (Salam Sarvan)
Jalə Jako Jalə
Ümid bir gedişlik xırda pul kimidir,
Uzaqlara apara bilmir adamı. (Kənan Hacı)
Mirbağır Bünyatlı
Hər şey bizdən böyükdür, hər şey bizdən balaca,
Ortalıqda qalmağın cəzası ayrılıqdı... (Əsəd Qaraqaplan)
Nərmin Sədiyeva
Beləcə dostum kimi,
beləcə Tanrı kimi,
beləcə anam kimi
hamı qayğıma qala. (Orxan Bahadırsoy)
Süleyman Niftəliyev
Bəs, ayrılıq nədir ki?
Bir addım...
Nə fərqi var, sən atdın, mən atdım... (İlqar Fəhmi)
Şamama Şükürlü
Mənə inam kimi bax, sinə gərim çətinə.
Mənə sevinc kimi bax, dönüm məhəbbətinə... (Zəlimxan Yaqub)
Səmral Təhməzov
Bütün mənə ağlayanlar kiridi,
Sən də kiri, qəbrim damır, ağlama... (Ramiz Rövşən)
Fərman Süleymanlı
Mən elə bilirdim sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla... (Ramiz Rövşən)
Aydan Tağızadə
Hərdən "qayıt ölürəm" kimi oxunar
Ona yazdığın bircə "salam necəsən?” (Aqşin Evrən)
Ləman Ələşrəfqızı
Ay üzlü nigarım, kimə mehman olacaqsan?
Bir söylə, kimin şəninə şayan olacaqsan? (Nizami Gəncəvi)
Qorqud Şahverdiyev
Mürəkkəb tükənib, qəmi yazmağa,
Anadan əmdiyim südlə yazıram... (Böyükxan Pərviz)
Müslümoviç Müslümoviç
Mənim gözlərimdə həsrət iz salıb,
Körpələr evinin pəncərəsitək... (Xəzər Süleymanlı)
Daşqın Quluzadə
Elə dayanırsan, elə baxırsan,
Elə bil qarşında quru bir daşam. (Nəriman Həsənzadə)
Araz Əhməd
Üz tutduğum adamlarda,
Üzümə durdular mənim.
Bir quyuya salladılar,
İpimi qırdılar mənim. (Ramiz Rövşən)
Zümrüd Kərimova
Ya mən, ya sən, ya da biz,
Birini seç, üçündən... (Xəzər Süleymanlı)
Tunar Saleh
Barmaq ucundakı barışmaqların
Kəsdisi küsdüsü üstümə gəlir. (Esmira Məhiqızı)
İsa Həsənoğlu
Ya sən İslamı qəbul eylə mənim dinimə gəl,
Ya da təlim elə mən məzhəbi-İsayə gəlim. (Məmmədhüseyn Şəhriyar)
Nigar Əliyeva
Kim səni bağrına basacaq belə?
Soyuq əllərini kim isidəcək? (Sevinc Çılğın)
İmran Abdin
Bir gecədə doğulub, sonra ölən arzular
Bu da ki, tale yolum...
Cırılmış gündəlikdi. (Cəlil Cavanşir)
Aytən Şirin
Uzun illər boyu ayrı da qalsaq,
Eyni duyğularla vurur qəlbimiz. (Mikayıl Müşfiq)
Gül Nar
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, sahmana sal bu kainatı. (Əli Kərim)
Fəxrəddin Quliyev
Yaman bəxtəvərmiş xoşbəxt adamlar,
İndi xoşbəxtlik də tapılmır asan... (Rəvan Məmmədli)
Xanım Əliyeva
Sən axı bilmirsən
üzündən iraq –
it kimi darıxmaq nə təhər olur... (Şəhriyar Del Gerani)
Aytən Əsgərova
Bu göz yaşı məndən axır?!
Mən bu gözü tanımıram... (Vaqif Bayatlı Odər)
Sabirə Babayeva
Özündən bir az da özünə saxla... (Elman Tovuz)
Fərid Əliyev
Dilbər aydır, ey Nəsimi, sabir ol, qılma fəğan,
Mən bu gün səbr eyləsəm, danla fəğanı neylərəm? (İmadəddin Nəsimi)
Coşqun Mütəllimoğlu
Kəndiri rezinmiş dar ağacımın,
Bəxtəvər başıma, hələ dartılır... (Salam Sarvan)
Ülviyyə Tahir
Qayıt gəl, uzaqlıq qəssablar kimi
taleyin ən yaxşı yerindən kəsir. (Rəşad Nağı Mustafa)
Elgün Hüseynov
Ömür paylanan zaman görün kimə nə düşdü?!
Üç yüz il boz qarğaya, on il şahinə düşdü. (Bəxtiyar Vahabzadə)
Ramil Hikmət
Burda hava pis keçir,
Ara vermir yağışlar... (Aqşin Yenisey)
Qeyd edək ki, sorğuda ən çox adı çəkilən şair Ramiz Rövşən oldu.