Rusiyada ən məşhur beş əcnəbi qadın yazıçının siyahısına Aqata Kristi rəhbərlik edir.
Teleqraf.com xəbər verir ki, bu hesablamanı RİA Novosti üçün “Storytel” audio kitab xidməti aparıb.
İlk beşliyə həmçinin, Elizabet Qilbert, Cen Sinsero, Coan Roulinq və Ayn Rand daxildir.
Rusların ən çox sevdikləri rusdilli 5 yazıçının siyahısına isə Aleksandra Marinina, Quzel Yaxina, Dina Rubina və Darya Dontsova daxildir.
“Bədii proza” kateqoriyası üzrə birinci yerdə “Züleyxa gözlərini açır” və “Uşaqlarım” romanlarını yazan Quzel Yaxina dayanır. İkinci yerdə Marina Stepnova qərarlaşıb. Onun “Bağ” romanı keçən ilin sonlarında çapdan çıxıb, lakin artıq bestseller olub.
Populyar yazıçıların siyahısına Dina Rubina, Lyudmila Ulitskaya və Polina Daşkova da daxildir.