Rusiya Federasiyasının Ermənistandakı səfirliyi qarşısında toplanan itkin hərbçilərin yaxınları bu gün tələb məktublarını səfirliyin nümayəndəsinə təhvil veriblər.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
"Səfirliyin nümayəndəsi məktubu oxudu və dedi ki, indi məktubu səfirə təhvil verəcəklər və bir neçə saat ərzində bu məktub artıq Moskvada olacaq. Bizə kömək etmək üçün əllərindən gələni edəcəklərini söylədi", - itkin hərbçilərin qohumlarından biri bildirib.
Xatırladaq ki, itkin düşmüş hərbçilərin qohumları bu gün Rusiya Federasiyasının Ermənistandakı səfirliyi qarşısında toplaşaraq, uşaqlarının taleyi ilə bağlı Rusiya hakimiyyət orqanlarından cavab tələb ediblər.