7 Dekabr 2020 22:41
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın paytaxtı İrəvanda atışma olub

Teleqraf.com xəbər verir ki, hadisə Nor Nork rayonunda, Vazgen Sarkisyan adına Hərbi Universitetin yaxınlığında baş verib.

Polis əməkdaşları və müstəntiqlər hadisə yerində avtomat və tapança patronları aşkarlayıblar.

Atışma zamanı xəsarət alanların olduğu bidirilir. Polis ərazidə qan izləri aşkarlayıb.

Hazırda polis yaralıların xəstəxanalara çatdırılıb-çatdırılmadığını araşdırır.

Fakt üzrə cinayət işi başlayıb.


Müəllif: Teleqraf.com