31 Yanvar 2022 12:17
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İki ildən sonra Ermənistan Baş naziri Nikol Paşinyan Gorus-Qafan magistral yolu ilə Qafana gedə bilmir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Polşadakı keçmiş səfir Edqar Qazaryan deyib.

Eks-səfir Paşinyanın sonuncu dəfə Qafanda 2020-ci il yanvarın 24-də olduğunu bildirib.

Qazaryan artıq Qafan-Gorus yolunun bir hissəsinə (Azərbaycandan keçən hissəsinə - red.) Azərbaycan ordusunun nəzarət etdiyini deyib.

“İki il əvvəl burada jurnalistlərin qarşısında “cəsarətindən” həzz ala bilirdi. Amma cəmi iki il sonra, demək olar ki, eyni gündə, 24 yanvar 2022-ci il tarixində artıq Gorus-Qafan yolu ilə Qafana gedə bilmədi”, - sabiq diplomat qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər