“Bu faşist elə bilirdi ki, tökdüyü qanlar, kəsdiyi başlara, uşaq-ahıl-qadın demədən qətlə yetirdiyi azərbaycanlılara görə cavab verməyəcək. Xocalı soyqırımının birbaşa təşkilatçılarından biri, şəxsən iştirakçısı olan Sərkisyan hüquq qarşısında cavab verməyi heç ağlına da gətirmirdi”.
Teleqraf.com xəbər verir ki, bunu “Cümhuriyət” qəzetinin baş redaktoru, siyasi ekspert Rəfail Becanov deyib.
Ekspert Ermənistanın sabiq liderlərinin Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilməsinə münasibət bildirib:
“Azərbaycan tərəfindən cinayət işi başladılması və axtarışa verilməsi Serj Sərkisyanı təlaşlandırıb. Köçəryandan isə hələ ki, xəbər yoxdur. O, Ermənistan daxilində təslim olan hakimiyyətin, yəni Paşinyanın, xaricdən isə Azərbaycanın təqibinə məruz qaldığını bildirib. Bu addımı Azərbaycanda ermənilərə nifrət hissinin dövlət səviyyəsində həyata keçirilməsi kimi qiymətləndirib. Eyni zamanda bildirib ki, əlaqələri və təcrübəsi ilə Ermənistanın milli, dövlət maraqlarını xaricdə təmsil etmək, bundan sonra da “min illərdir Artsaxda yaşayan erməni xalqı”nın müstəqil və təhlükəsiz olaraq “müqəddəs erməni torpağı”nda azad yaşamaq hüququ uğrunda fəaliyyətini davam etirəcək.
Bu faşist elə bilirdi ki, tökdüyü qanlar, kəsdiyi başlara, uşaq-ahıl-qadın demədən qətlə yetirdiyi azərbaycanlılara görə cavab verməyəcək. Xocalı soyqırımının birbaşa təşkilatçılarından biri, şəxsən iştirakçısı olan Sərkisyan hüquq qarşısında cavab verməyi heç ağlına da gətirmidi. Hesab edirdi ki, ya qalib olacaqlar, ya da 2020-ci ilin sentyabrına kimi olan status-kvo əbədi olacaq. Zənn edirdi ki, ömrümüz, həyatımız danışıqlarda, yalançı sülh söhbətləri ilə keçəcək və Sərkisyan, Köçəryan etdikləri bəşəri cinayətlərə görə heç bir məsuliyyət daşımayacaqlar. Amma zaman dəyişdi. 30 il Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan və onun faşist rəhbərlərinin bundan artığına gücü yetmədi. 44 günün içində haqqında “məğlubedilməz” obrazı yaratdıqları orduları da, dövlətləri də çökdü”.
Rəfail Becanov qeyd edib ki, Azərbaycan Sərkisyan və Köçəryanla bağlı bu qərarı qəbul etməklə, təkcə cavabdeh şəxsləri deyil, həm də Ermənistanı dövlət olaraq beynəlxalq aləmdə daha bir fakt qarşısında qoydu:
“Barələrində cinayət işi qaldırılan və axtarışa verilən hər iki şəxs Ermənistanın sabiq dövlət başçılarıdır və bəşəri cinayətlərin təşkilatçısı, iştirakçısı olmaqda ittiham olunurlar”.