27 Avqust 2023 13:39
3 356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın “Munitions India Limited” silah şirkəti “Cənubi Qafqazda bir ölkə üçün” qumbaraatanların modifikasiyası ilə bağlı hökumətdən sifariş aldıqlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb.

Müştəri ölkənin adı çəkilməsə də, söhbətin Ermənistandan getdiyi bəllidir.

Hindistanın digər silah şirkəti “Bharat Forge” bu ilin birinci rübündə müdafiə silahlarının rekord satışını, o cümlədən Ermənistana MArG özüyeriyən haubitsaları və ATAGS haubitsalarının tədarükü barədə məlumat verib.

Məlumatda qeyd olunur ki, sifarişin birinci yarısının çatdırılması artıq başa çatıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər