3 İyul 2014 15:43
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

1 nömrəli Bakı Tibb Kollecində gözdən əlil abituriyentlər üçün qəbul planı ayrılıb.

TQDK-dan verilən məlumata görə, əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədilə 2014/2015-ci tədris ilindən başlayaraq 1 nömrəli Bakı Tibb Kollecinin “İdman və müalicə masajı” ixtisasına gözdən əlil olan gənclər üçün dövlət hesabına 20 plan yeri ayrılıb.

Həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan gözdən əlil abituriyentlər əlillik haqqında sənədlərini 2014-cü il avqustun 10-dək TQDK-ya təqdim etməlidirlər.

/anspress/

Müəllif: