6 İyul 2014 10:56
2 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında Azad Demokratlar Partiyasının təsis qurultayı keçirilir. Artıq qurultayın keçirilməsinə bir neçə dəqiqə qalır.

Teleqraf.com-un əməkdaşının verdiyi məlumata görə, qurultay nümayəndələri qeydiyyatdan keçiblər. Təxminən 200 nəfərdən çox qurultay nümayəndəsi var. Qurultay saat 14.00-a qədər davam edəcək. Ali tədbir partiyanı təsis edəcək, onun sədrini, Məclis üzvlərini seçəcək.

Qurultay başlayıb. Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər deyib ki, bu müddətdə 50 rayonda rayon şöbəsi yaradıb, qurultaya 198 nəfər seçib: “Hazırda 198 qurultay nümayəndısi seçilib və onların 188-i qeydiyyatdan keçib. Təklif var ki, qurultay keçirilsin”.

Bundan sonra qurultay dövlət himninin oxunması ilə açıq elan olunub.

Partiya təsis olundu

Daha sonra işçi qrupları müəyyən edilib. Qurultayın işini aprmaq üçün sədarət, katiblik seçilib. Qurultay Redaksiya Heyətini də formalaşdırıb. Qurultay 4 nəfərdən ibarət Mandat Komissiyasını da formalaşdırıb.
Daha sonra Təşkilat Komitəsinin sədri S. Əkbər bu müddətdə görülən işlərdən danışıb:

“Hər hansı bir partiya yaradanda sual yaranır ki, buna səbəb nədir. Dünya dəyişir. Azadlıq və demokratiya qərbdən şərqə doğru irəliləyir. Dünyanın inkişaf etmiş dövlətləinin hamısı demokratik və liberal dövlətlərdir. Mövcud vəziyyət, Azərbaycanın maraqları da bizim bu yolla getməyimizi məqbul hesab edir. Biz istəyirik ki, elə dövlət qurulsun ki, insanlar bolluq içində yaşasın, dövlətdə zərurət olmadan vətəndaşın həyatına müdaxilə etməsin. Biz bir qrup bir araya gələrək Azad Demokratlar Partiyası adında prtiya qurmaq haqda qərar verdik”.

Bundan sonra partiyanın təsis edilməsi məsələsi səsə qoyulub və yekilliklə qəbul edilib. Partiyanın təsis eilməsini alqışlayan qurultay nümayəndələri “Xeyirli olsun” şürları səsləndiriblər.

Nemət


Müəllif:

Oxşar xəbərlər