Qəzzada sükut yenidən pozulub.
Yaxın Şərqdə atəşkəs rejimi pozulduqdan sonra İsrail ordusu Qəzza zolağındakı Həmas mövqelərini raket atəşinə tutmaqda davam edib. Bu gün səhər saatlarınadək davam edən bombardman nəticəsində Fələstində ölənlərin sayı 204 nəfərə çatıb. Yaralı sayı isə 1450 nəfər təşkil edib. Buna qarşılıq olaraq hava zərbələri endirməkdə davam edən İsrail ordusu Qəzza zolağında bəzi şəhərlərin sakinlərini evlərini qısa zaman ərzində boşlatmağa çağırıb.
Misir İsrail və Qəzza arasında atəşkəs rejimi təklifini İsrail qəbul etsə də, Həmas qruplaşması təklifin şərtlərinə qarşı çıxmışdı. Onların fikrincə bu təklifin qəbul eilməsi, İsrailə məğlub olmaq deməkdir. Bu səbəbdən də Həmas yenidən raket zərbələri endirməyə başlayıb. Bu gün səhər saatlarında isə İsrailin hava zərbələri 30-a yaxın evi hədəf alıb.
/ans press/