21 İyul 2014 12:09
1 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi qəzet nəşr edəcək.

Komitənin sədri, hüquq müdafiəçisi Elçin Behbudovun APA-ya verdiyi məlumata görə, iyul ayının 23-də qəzetin ilk nömrəsi nəşr olunacaq: ““Qanunun səsi” adlı qəzet nəşr etməyi qərara almışıq. Qəzet ayda iki dəfə çıxacaq. Qəzetdə komitəyə edilən şikayət və müraciətlər, keçirdiyimiz monitorinqlərlə bağlı məqalələr dərc olunacaq. Qəzetin həmtəsisçiləri Qəribağa Novruzov və Nizami İbrahimovdur. Nizami İbrahimov həm də qəzetin baş redaktoru olacaq”.


Müəllif: