23 İyul 2014 14:29
1 621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tayalara od vuran tutulub

Şamaxı rayonu Çeşmədil kəndinin sakini Qiyas Əmrahov Teleqraf.com-a öz həmkəndlisindən şikayətlənib. Belə ki, onlarla eyni kənddə yaşayan Heydərov Rübail şikayətçinin təsərrüfatına xeyli miqdarda maddi ziyan vurub. Onun sözlərinə görə, kənddə bir neçə evə ziyan vuran R.Heydərov onun 8 maşın ot bağlamasını, 25 arı yeşiyini, müəyyən qədər mal-qarasını və tövləsini yandırıb.

“Özümdə bu yanğın zamanı əlimdən müəyyən qədər yanıq xəsarəti aldım. Anamın vəziyyəti pisləşdi. Çox sağolsunlar ,tibb işçiləri yardım göstərdilər və həmçinin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları vaxtında yanğının qabağını aldılar. Yanğının genişlənməsinə imkan vermədilər”.

Q.Əmrahov bildirir ki, bu birinci belə hal deyil. Şikayətçi olduğu R.Heydərov Şamaxı rayonu Çeşmədil kəndində 10-dan çox belə hadisə törədib.

“Məndən başqa kənd sakini Həqiqət müəllimin tövləsini, 150 ot bağlamasını, 10 arı yeşiyini və 1 kub taxtasını yandırıb. Bir həftə bundan qabaq klubu yandırdı. Elşad adlı kənd sakinin tövləsini, Həsən adlı digər həmkəndlimizin 2 maşın otunu yandırıb. Bu adamın məqsədi kəndi məhv etməkdir. Bunun nə fikirlə bunları etdiyini anlaya bilmirik.

Şikayətçi həmin şəxsin normal bir insan olduğunu deyir. Onlara vurulan ziyanın məbləğinə gəlincə, Q.Əmrahov bunun 50 mindən yuxarı olduğunu deyir.

“Onun heç bir xəstəliyi yoxdu. Zəhmət çəkib heyvanlarımız üçün topladığımız ot bağlamlarını həmin adam kibrit vurub yandırır. Yəqinki bu adam nəysə qəbul edir ki, bu cür işə əl atır. Kəndə gəlsəz bunu görə bilərsiz. Polislər bununla bağlı onu aparanda anasına, qardaşlarına dedi ki, mən gedirəm, qalanlarını siz yandırarsız. Özü ailəsi olmayan biridir. Bunları nədən etdiyini isə anlaya bilmirik”.

Şikayətçi hazırda həmin şəxsin törətdiyi bu əməllərə görə həbs olunduğunu deyib.

Anar Kəlbiyev


Müəllif: