26 İyul 2014 12:34
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu qəsəbəsində yerləşən gecəqonduların sökülməsi ilə bağlı əhaliyə xəbərdarlıq bildirişləri paylanılıb.


Qəsəbənin 4-cü Mədən sakinlərinin axar.az-a verdiyi məlumata görə, Dövlət Neft Şirkəti (ARDNŞ) bu ərazidəki torpaqların neft şirkətinin mülkiyyəti olduğunu əsas gətirərək bu massivdə tikilən evlərin qanunsuz olduğunu və tezliklə söküləcəyini bildirib.

Qeyd edək ki, sakinlərin bildirdiyinə görə, artıq məhkəmələr bir-bir qətnamələr çıxarır. Qətnamələrdə qəsəbədə yerləşən evlərin sökülməsi nəzərdə tutulub.

Faktla bağlı Sabunçu rayon qəsəbə nümayəndəliyi ilə əlaqə saxladıq. Qəsəbə nümayəndəliyindən məsələ ilə bağlı heç bir informasiyaya sahib olmadıqlarını bildirdilər. Əlavə etdilər ki, söküntü ilə bağlı onlarda heç bir məlumat yoxdur.

Sabunçu Rayon İcra Hakimiyyətindən isə ARDŞ ilə əlaqə saxlamağımızı məsləhət gördülər.

Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə Axar.az-a açıqlamasında məsələnin araşdırılmalı olduğunu bildirdi: “Bu gün iş günü deyil. Məsələ tərəfimizdən araşırılmalıdır. Yalnız bundan sonra ictimaiyyətə hər hansı bir söz deyə bilərik”.


Müəllif:

Oxşar xəbərlər