30 İyul 2014 16:04
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həmkarını döyməkdə ittiham olunan məşhur rejissor Kənan MM yaxın saatlarda azadlığa buraxılacaq.

Bu barədə publika.az-a onun yaxınlarından biri məlumat verib.

Mənbənin verdiyi məlumata görə, Vüqar rejissordan şikayətçi olmadığından və tərəflər barışdığından məsələ sülhlə həllini tapıb.

Qeyd edək ki, Binəqədi Rayon Prokurorluğundan rejissor barəsində xuliqanlıq maddəsilə cinayət işi açılıb.

Hadisəyə səbəb Kənan MM-lə “Yeni ulduz” layihəsinin qalibi, müğənni Vüqar Muradov arasında yaranmış mübahisə olub.

ATV kanalında yayımlanan “Ulduzların döyüşü” müsabiqəsində yarışan Vüqar Muradovun Kənan MM-ə qalib gəlməsi rejissorun qəzəbinə səbəb olub və o, V.Muradovun ünvanına mətbuatda kəskin açıqlamalar verib.
Beləliklə, onların arasında mübahisə düşüb. Mübahisədən sonra Kənan idmançı dostları ilə birlikdə müğənnini döyüb.

Bu səbəbdən də rejissor həbs olunub və barəsində cinayət işi başlanıb.


Müəllif:

Oxşar xəbərlər