“Sankt-Peterburq şəhərində keçirilmiş görüş, eləcə də birgə bəyanat Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində müsbət addımlardır”.
Teleqraf.com xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik şəxsi “Tvitter” səhifəsində yazıb.
“Biz danışıqlar yolu ilə həll istiqamətində işləməliyik”, deyə C.Uorlik bildirib.
Qeyd edək ki, iyunun 20-də Sank Peterburqda Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib.
Ayxan