27 İyun 2016 18:27
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

“27 iyun Türkiyə xarici siyasətində önəmli yerə malik olacaq. Birincisi, Türkiyə-İsrail münasibətlərinin normallaşmasını saxlayan sənəd qəbul edildi. Əslində, bu gərginliyə ehtiyac yox idi, hər iki tərəfin əsəbi addımları uzun onilliklərin strateji tərəfdaşlığına son qoymuşdu. İkincisi, eyni gündə Ankara Rusiya iqtiqamətində də vacib həmlə həyata keçirdi. Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan faktiki vurulan təyyarərə görə rusiyalı həmkarı Vladimir Putindən üzr istədi, öldürülən pilotun ailəsinə başsağlığı verdi”.

Teleqraf.com-un məlumatına görə bunu politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq əlavə edib ki, sonrakı mərhələdə Ankaranın öldürülən pilotun ailəsinə təzminat ödəcəyəyi də mümkündür: “Top yenə Rusiyanın meydanındadır. Kremlin özünü daha çox naza qoyması özünə ziyanlıdır. Rusiyanın ABŞ və Avropa İttifaqı ilə münasibətləri soyuq olduğu günlərdə yenidən Türkiyəni strateji tərəfdaş kimi qazanmaq şansı yaranıb. Türkiyə-İsrail və Türkiyə-Rusiya münasibətlərinin normallaşması Azərbaycanın da xeyrinədir. Türkiyə Azərbaycanın strateji müttəfiqi, İsrail strateji tərəfdaşı, Rusiya isə tərəfdaşıdır. Hər 3 ölkə arasındakı münasibətlərin normal olması rəsmi Bakını mürəkkəb seçimdən qurtarır”.

Bəkir


Müəllif:

Oxşar xəbərlər