Səxavət Əlisoyun : “Başqan olsam, xəstə təfəkkürlü dostları müalicə edəcəm”
Müsavat Partiyası funksionerinin Facebook sosial şəbəkəsində yazdığı fikirlər ciddi müzakirəyə səbəb olub.
Teleqraf.com xəbər verir ki, başqan müşaviri Səxavət Əlisoyun paylaşdığı fotoya Müsavatın tanınmış simalarından olan Hikmət Hacızadə şərh yazlb. O, qeyd edib ki, Səxavət bəy əsl yeni başqana bənzəyir. Buna etiraz edən müsavatçı xanım, daha çox Arif Hacılının tərəfdarı hesab olunan Sevinc Hüseynova isə Hikmət Hacızadəyə məsləhət görüb ki, belə zarafat eləməsin.
Müzakirəyə qoşulan Səxavət Əlisoy Hikmət Hacızadənin fikirlərini inkişaf etdirərək bildirib ki, özünün başqan olması həm də Müsavatda mövcud olan xəstə təfəkkürlü dostların müalicəsi demək olacaq.
Cavidan