24 Fevral 2017 13:20
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xocalı faciəsi ilə bağlı maarifləndirmə işlərinin aparılmasında ölkə televiziyalarının üzərinə yük düşür. Lakin onların başı şouya qarışdığı üçün bu gün biz bu istiqamətdə hər hansı fəaliyyəti görmürük".

Teleqraf.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlı Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş “Xocalı faciəsi: unudulmayan tarix və günahsız uşaqlar” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, bu faciəni biz xarici ölkədə yaşayan innsanlara çatdırmalıyıq ki, erməni vəhşiliklərini görsünlər:
“Bizə qarşı münasibətdə ikili standarlar var. Azərbaycana gələn ABŞ səfirləri Xocalı soyqırımını tanımır, deyir ki, təcavüzkarlı barmağımla göstərə bilmərəm. Lakin Ermənistana gələn bütün Amerika səfirləri erməni soyqırımını tanıyır, bəyanatlar verirlər, bayraq qaldırır, müsahibələr verir, gözyaşı axdırlar.

Ölkədə olan bütün səfirlər Cocuq Mərcanlıya getdi, ABŞ səfirindən başqa. Bunu kompensasiya etmək üçün Qarabağ əlilinin evinə getdi. Mən bunu da bəyənmədim”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər