Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, soydaşımız jürinin tərkibində dünyanın bir sıra ölkələrindən gəlmiş rəqqaslar arasından ən yaxşılarının seçilməsində iştirak edib.
Qeyd edək ki, festivala qatılan Azərbaycan təmsilçisi Rüstəm Kərimov müsabiqənin xüsusi diplomu ilə mükafatlandırılıb.
Bundan başqa, diaspor rəhbəri Mais Nuriyev Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş Beynəlxalq Mədəniyyət Forumunda iştirak edərək Azərbaycan mədəniyyətini tanıdıb. Soydaşımız Qırğızıstan Mədəniyyət Nazirliyinin dəvətilə Bişkek Xoreoqrafiya Akademiyasında dünya xalq rəqslərinə quruluş verib və ustad dərsləri deyib. Mais Nuriyev təşkilatçıların istəyi ilə Azərbaycan xalq rəqslərinin tarixi, milli bayramlarımız, adət-ənənələrimiz, milli geyimlərimiz, folklor rəqsləri barədə mühazirə deyib.
15 ilə yaxındır İtaliyanın Milan şəhərində yaşayan Mais Nuriyev "Aida" və "Orizon" Rəqs Akademiyasının rəhbəri və Milan Konservatoriyasının professorudur. O, İtaliyada və digər ölkələrdə bir sıra əsərlərə xoreoqrafik quruluş verib. Məşhur bəstəkar Fikrət Əmirovun 90 illiyi ilə əlaqədar onun "Qarabağ Azərbaycanın incisidir" musiqi əsəri əsasında yaradılan "Qarabağ” və Xocalıya həsr olunan "Qarabağ – İtaliyaya yaxın və uzaq" " kompozisiyaları Mais Nuriyevin uğurlu işləri sırasındadır.
Səxavət