16 İyul 2014 16:00
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev iyulun 16-da ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, enerji sahəsində uzun illər həyata keçirilən əməkdaşlığın önəmi qeyd olundu, əlaqələrimizin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Müəllif: