13 Yanvar 2018 13:41
1 875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Yunanıstan hərbi gəmiləri burun-buruna dayanıb. Gərginliyin hər an qarşıdurmaya çevriləcəyi ehtimalı 50 dəqiqə sürüb.

Teleqraf.com xəbər verir ki, hadisə Kardak qayalığı ərazisində olub.

Türkiyənin sahil gəmiləri Muğlanın Bodrum qəsəbəsində yerləşən Gümüşlük məhəlləsindəki Kardak qayaları yaxınlığında türk balıqçılarını ərazidən çıxarmaq istəyən yunan sahil təhlükəsizlik gəmisi ilə üz-üzə gəlib.

Türkiyə sularında ov edən balıqçılar Leros adasından gələn yunan gəmilərinin təzyiq və müdaxiləsi ilə üzləşib. Yunan gəmiləri türk balıqçılarına 20 metr məsafəyə qədər yaxınlaşıb və balıqçı gəmisindən istiqaməti dəyişməyi tələb edib. Türk balıqçılar toqquşmadan yayınmaq naminə gəminin kursunu dəyişiblər.

Bu zaman hadisənin baş verdiyi əraziyə yaxınlaşan türk sahil təhlükəsizlik gəmisi balıqçılara müdaxiləni hiss edərək yunan gəmisinin qarşısını Kardak qayalığında kəsib. Yunan gəmisi Kardak qayalığına daxil olmaqda israr edərkən gərginlik yaşanıb. 50 dəqiqə davam edən gərginliyin nəticəsində türk sahil təhlükəsizlik gəmisi yunan gəmisini öz sularından çıxarıb.

Türk balıqçılar balıq ovunu davam etdirib.


Müəllif: Cavad