16 Sentyabr 2018 12:23
1 616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki ticarət mərkəzlərinin birində Bakı şəhər sakini olan iki qadının çantalarından ümumilikdə 56 manat pul və 2 ədəd mobil telefon oğurlanıb.

18-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Fərid Məmmədov saxlanılıb.

İstintaq müəyyən edib ki, Fərid Məmmədov əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər