Bakının Səbail rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsi məkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 10-da Masallı rayon sakinləri olan 2 yeniyetməyə zor tətbiq edib onlardan pul, mobil telefon və geyim əşyası almaqda şübhəli bilinən Bakı şəhər sakinləri H.Abdullazadə və R.Didari saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanıb.