Beyləqanda komendant postunu qanunsuz keçməyə çalışan sürücü saxlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.
Dekabrın 1-də gecə saat 1 radələrində Beyləqan ərazisində hərbi vəziyyətlə əlaqədar yaradılan komendant postunda xidmət aparan polis əməkdaşları posta yaxınlaşan “Mercedes” markalı avtomobilə saxla işarəsi verib, buna baxmayaraq sürücü hərəkətini davam etdirib.
Həmin sürücü avtomobili ilə birlikdə rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilib.
Araşdırmalarla onun Beyləqan rayon sakini Tural Əliyev olduğu müəyyən edilib.
Sürücü Tural Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb olunaraq inzibati qaydada həbs edilib.