5 Avqust 2022 22:12
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun E.Quliyev küçəsində baş verib.

Hərəkətdə olan "VAZ 23 45" markalı avtomobilin sürücüsü 1975-ci il təvəllüdlü Vüqar Abbasov idarəetməni itirərək yol avtomobili yol kənarında dayanan "Mercedes" markalı avtomobilə çırpıb.

Qəza zamanı sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com