UEFA Avropa Liqasında "Neftçi" və Moldovanın "Sperantsa" komandaları arasında keçiriləcək I təsnifat mərhələsinin cavab görüşlərinə hakim təyinatları açıqlanıb.
Teleqraf.com-un məlumatına görə, qarşılaşma avstriyadan olan briqadaya tapşırılıb. Baş hakim Yulian Vaynbergerə Maksimilian Kolbiç və Mixael Nemets yan xətt, Andrea Hayss isə dördüncü hakim qismində yardımçı olacaq.
Qeyd edək ki, iyulun 18-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Sperantsa" matçı saat 21:00-da başlayacaq