9 İyul 2014 13:22
1 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il iyulun 15-də Rusiya Federasiyasının Tomsk vilayətinin iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) Teleqraf.com-a verilən məlumata görə, forumda neft-qaz, mədən və kimya sənayesi avadanlığı, elektroenergetika, müxtəlif sahələrdə istifadə olunan cihazlar, mühəndis tədqiqat işləri, İKT, kəsici alətlərin istehsalı və digər sahələri təmsil edən Rusiya şirkətləri iştirak edəcəklər.

Tədbir Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi Azpromo-nun təşkilatçılığı ilə keçiriləcək.

Naibə


Müəllif: