31 Mart 2023 15:50
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bazar ertəsi Türkiyənin yerli və milli elektromobil brendi olan “Togg” onun ilk sifarişçisi olan Prezident Rəcəb Tayyib Ərdoğana təhvil veriləcək”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank açıqlayıb.

Nazir “Togg”u ikinci sifarişçisi Azərbaycan Prezidenti İlham Əliyevlə görüş təyin etdiklərin də bildirib: “İkinci maşını da cənab Əliyevə təhvil verməyi planlaşdırırıq”.

Qeyd edək ki, 100% elektrik enerjisi ilə işləyən “Togg”un ilkin sifarişə açılan ilk modeli “T10X” üçün 21 gündə cəmi 177 min 467 nəfər sifariş verib.

Şirkət bu il üçün cəmi 28 min “T10X” modeli istehsal edəcək.


Müəllif: Yeganə Oqtayqızı