“Bu vaxta qədər məni qalmaqala çəkməyiblər. Çünki heç vaxt buna şərait yaratmamışam, yaratmaram da”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Mübariz Tağıyev deyib. Sənətə yeni gələn müğənnilərin qalmaqallarla tanınmasını yaxşı hal hesab etməyən müğənni gündəmdə qalmağın yollarından danışıb: “Əvvəllər gündəmdə olmağın əsas şərtləri istedad, peşəkarlıq və zövq idi.
Nə qədər tanışlıq, pul olsaydı da, istedadsız mümkün deyildi. Əgər istedadın varsa və öz üzərində işləyirsənsə, özünə yol tapa bilərdin. İndi təkcə istedad kifayət etmir.
Qalmaqala gəlincə, çox pis haldır... Qalmaqal sənətlə bağlı məsələ deyil.
Vaxtilə sənət adamlarına seçilmiş insanlar kimi baxırdılar. Məclislərdə, tədbirlərdə diqqət və qayğı ilə qarşılanıydılar. Görün biz indi hansı səviyyəyə çıxmışıq ki, küçədən keçən hər bir insan gəlib sənətçinin çiyninə əl vurub, soruşa bilər: “Ə, necəsən?” Bu, bizim günahımızdır”.
Nərmin