2 İyul 2014 18:15
626

Türkiyənin məşhur pop ifaçısı Sıla görünüşü ilə hər kəsi təəccübləndirib.

İfaçı ötən günlərdə İstanbulun mərkəzində yerləşən ticarət mərkəzlərindən birində kameralara tuş gəlib.

Konsertlərdə və kliplərində hər zaman baxımlı və cazibədar qadın ovrazında olan ifaçı bu dəfə makiyajsız cəmiyyət arasına çıxıb. Sıla dağınıq saç forması, kosmetikasız, sadə ev geyimində və gözündə eynək ilə paparazzilər ilə üzləşib.

Yüzlərlə insan içində diqqət çəkməməyə çalışsa da bu, onda alınmayıb. İlk anlarda jurnalistlər onu tanımaqda çətinlik çəksələr də boynunda olan döyməsindən qəti qərara gəliblər. Pərəstişkarları da onu tanıyıblar və əhatəyə alaraq şəkil çəkdirmək istəyiblər. İfaçı isə bu vəziyyətdən narazıçılıq keçirərək tez bir zamanda məkandan ayrılıb./anspress/


Müəllif:
Загрузка...