8 Noyabr 2016 14:26
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun müddətdir mediadan uzaq qalan məşhur türk aktyor Kərəm Bursin nəhayət ki, susqunluğunu pozub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor mediadan, sənət cameəsindən uzaq qalmağa məcbur olduğunu dilə gətirib: “Çox gərgin iş rejimində yorulduğumu və itdiyimi anlamışdım. Bir il hər şeydən uzaq qalmaq çox vacib idi. Kənardan baxmaq, yaşamaq, özünə qulluq baxımından çox gözəl fasilə oldu”.

Bursin sevgilisi, gənc aktrisa Serenay Sarıkaya haqqında da danışıb. O münasibətlərinin ciddiliyinə işarə vurub: “Necə gəldi münasibət qurmaqdansa 5 il tək qalmağı üstün tuturam. Bəzi insanlar tək qalmağı bacarmadıqları üçün gərəksiz münasibətlər qururlar. Serenayla il yarımdır birlikdəyik. Çox pozitiv və həqiqi bir insandır. Bir-birimizə çox gözəl uyğunlaşdığımızı düşünürəm. Son bir ilimizi isə səyahət edərək keçirdik”.

Pərvin


Müəllif:

Oxşar xəbərlər