Türkiyəli iş adamı İnanc Başəyməzlə ailə qurmağa hazırlaşan Azəri Güneldən xəbər var.
İfaçı Ramazan bayramı münasibəti ilə başını bağlayıb.
Oruc tutan müğənni müqəddəs ay münasibəti ilə öz düşüncələrini dilə gətirib: “Ən gözəl aylardan birini yaşayırıq. Mən də bir çox müsəlmanlar kimi oruc tutmuşam. Allah bütün oruc tutanların orucunu qəbul etsin”.
Qeyd edək ki, 2011-ci ilin iyulundan türkiyəli İnanc Başəyməz adlı bəylə nişanlı olan müğənnin toyunun payız aylarında olacağı gözlənilir.
/lent.az/