Amerikalı aktrisa və fotomodel Pamela Anderson həyat yoldaşı Rik Salomondan yenidən boşanır.
"Playboy" ulduzu bununla da ikinci dəfədir ki, ərindən ayrılır. Belə ki, Riklə 2007-ci ildə ailə quran aktrisa nikah bağlandıqdan iki ay sonra boşanmışdı. Bu ilin yanvarında yenidən evlənən cütlük cəmi 6 ay bir yerdə yaşadı.
Onlar sonuncu dəfə birlikdə iyunun 26-da görüntülənmişdilər.
Qeyd edək ki, boşanma xəbərləri yayıldıqdan sonra Pamela Sakit okeana baxarkən çəkdirdiyi fotosunu "Facebook" səhifəsindən paylaşaraq "Ümid" sözünü yazıb.
Xatırladaq ki, fotomodel daha əvvəl 1995-98-ci illərdə rok ifaçısıTommi Li, 2006-2007-ci illərdə isə musiqiçi Kida Rokla ailəli olub
/axşam.az/