“Hamilə qalmaq üçün daha bir əməliyyata ehtiyac var idi, amma daha buna gücüm qalmamışdı”.
Teleqraf.com xəbər verir ki, bu sözləri məşhur türk müğənni Sertap Erener Gülbən Ergene verdiyi müsahibəsində deyib.
O çox ağır xəstəliklə mübarizə apardığını və bunun nəticəsində daha heç vaxt hamilə qala bilməyəcəyini deyib: “Çox ağır xəstəlik keçirdim. Xəstəxanaya ölmək üçün getmişdim. Mənə dedilər ki, üç əməliyyat olunmalıyam. İlk əməliyyatda incə bağırsaqlarımı çölə çıxardılar. Bağırsağım çöldə ola-ola bir il yaşadım.
O zaman beldən aşağı enli paltarlar geyinirdim. Səbəbi məhz bu idi. Torbayla oyandığım əməliyyatın səhəri günü yaşadığım o şoku heç vaxt unutmadım. Sonda daha iki əməliyyat olundum.
Həkimlər dedilər ki, hamilə qalmaq üçün daha bir əməliyyata ehtiyac var. Amma daha buna gücüm yox idi”.
Pərvin