Müğənni Xatirə İslam zəhərlənib.
Bu haqda sənətçi Axşam.az-ın əməkdaşı ilə söhbətində deyib. Hazırda özünü yaxşı hiss edən sənətçi şirniyyatdan zəhərləndiyini ehtimal edir:
“Dəqiq nədən olduğunu bilmirəm. Amma şirniyyat yedikdən sonra özümü pis hiss etdim. Həkim müayinə apardı, iynələrdən sonra düzəldim. Hazırda yaxşıyam”.