Türkiyənin tanınmış aktrisası Tuba Büyüküstün “Küləyin xatirələri” adlı yeni filmin çəkilişlərinə başlayıb.
Məlumata görə, aktrisa İkinci dünya müharibəsinin son günlərində Türkiyədən qaçmaq məcburiyyətində qalan müxalif erməni şair Aramın səfərindən bəhs edən film üçün həyat yoldaşı Onur Saylakla birlikdə Gürcüstanın Batumi şəhərində kamera qarşısına keçib. Batumidə başlayan çəkilişlərin Artvində davam etdiriləcəyi planlaşdırılır.
/qafqazinfo/