15 İyun 2020 13:49
4 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq millət vəkili, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı, mərhum Anar Məmmədxanovun həyat yoldaşı İradə Məmmədxanova əməkdar artist Bəhram Bağırzadənin səhhətindən danışıb.

Ailəyə yaxın olan İradə Məmmədxanova Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:

"Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla xanım hazırda jurnalistlərə açıqlama verəcək vəziyyətdə deyil. Bəhram Bağırzadənin səhhəti ağır və stabildir. Ağ ciyər köçürülməsinə gəlincə, hələki heç nə bilinmir".

Qeyd edək ki, Bəhram Bağırzadə iyunun 13-dən Mərkəzi Gömrük Klinikasının reanimasiya şöbəsinə köçürülüb. Onun 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər