Xərçəng xəstəliyi ilə mübarizə aparan xalq artisti Ağadadaş Ağayev Türkiyədə ikinci dəfə əməliyyat olunacaq.
Teleqraf.com xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran sosial şəbəkədə məlumat verib: "Sabah qardaşım yenidən əməliyyat masasına uzanacaq. Keçən dəfəki əməliyyat beş saat çəkmişdi. Ağadadaş Ağayev üçün nəinki mən, doğması, ailəsi, bütün Azərbaycan xalqı dua etdi. Qardaşımın yenə dualarınıza ehtiyacı var".
Qeyd edək ki, Ağadadaş Ağayev Türkiyədə özəl klinikaların birində əməliyyat edilib.