29 Noyabr 2022 13:12
2 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Nanə Ağamalıyeva stilist Anar Ağakişiyevə cavab verib.

Teleqraf.com xəbər verir ki, Nanə Ağamlıyeva ATV kanalının rəhbəri Azər Xəlilovun ona dəstəyindən danışıb:

"Əslində, verilişə gəlmədən öncə çox duyğulandım. ATV telekanalının rəhbərliyinə hər zaman işimə göstərdiyi diqqətə görə təşəkkür edirəm, var olun. 18 ildir ki, bu kanalda çalışıram. Hər dəfə verilişimə istedadlı gəncləri dəvət edəndə onlara deyirəm ki, bu kanalın rəhbəri var. Azər müəllim, kanala rəhbər təyin edilən ilk gündən gözəl bir ifadə işlətdi, "Nanə, istedadı olan gəncləri efirə cəlb etmək lazımdır". O gənclər məhz ATV telekanalının böyük zəhməti ilə hazırladığı verilişləri sayəsində bu vəziyyətə gəlib çıxıblar. Bəzən insan susub hörmətini əməli ilə göstərə bilər. Efirdən öncə söylədilər ki, rəhbərlik sənə çiçək göndərib. Sizə çox təşəkkür edirəm, bu, mənim üçün çox özəldir. Bu diqqətinizi heç zaman unutmayacam".

Qeyd edək ki, Anar Ağakişiyev "YouTube"da yayımlanan "Astar" layihəsində Nanə Ağamalıyevanın özünü ATV-də kanalın rəhbəri kimi apardığını deyib.


Müəllif: Rəqsanə Həsənova