Tamilla Məlik həyat yoldaşı olan Xalq artisti Ramiz Məlikin ölümündən danışıb.
Teleqraf.com-a açıqlamasında o deyib: “Evdə müalicəsi davam edirdi. Son zamanlar səhhəti elə də yaxşı deyildi. Tam sağlam hərəkət eləsin, harasa getsin - belə bir hal yox idi. Amma həkimlərindən razıyıq. Dünyasını dəyişməzdən əvvəl ancaq kömək istəyirdi. Bizə heç nə deyə bilmədi. Özü-özünə deyirdi ki, “arxamca gəliblər, getmək istəmirəm”. Çox əziyyət çəkdi. Həyatdır, o cür istedadlı aktyor həyatla vidalaşmalı oldu”.
Qeyd edək ki, Ramiz Məlik 80 yaşında vəfat edib.