24 Aprel 11:55
2 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Faiq Ağayev "Rəngarəng səhər" verilişində küsülü olduğu həmkarı Brilliant Dadaşova ilə münasibətindən danışıb.

Teleqraf.com xəbər verir ki, o, həmkarına doğru barışıq addımı atıb: "Allah bir balasını saxlasın, onun toyunu qismət etsin. Allah sənət və həyat yollarını hamar eləsin. Gözəl qadındır və gözəlliyinə uyğun gözəl həyat yaşasın. Bu sözləri səmimi qəlbdən və sidq ürəkdən söyləyirəm. Mən buraya gələndə bu sualın veriləcəyini bilmirdim. Ona görə sabah da nə olacağını bilmirəm. Barışıq olacaq və olmayacaq söhbətinə mən cavabdeh deyiləm. Hər şeyi Allah bilər. Eyni cavab gəlsə, çox gözəl olar. Bu deməkdir ki, Azərbaycan incəsənətində dostluq var. Bir-birimizə könül cazibəsi var".

Xalq artisti aparıcı Zaur Nəbioğlunun "Qarşı tərəfdən də belə cavab gəlsə birlikdə verilişə çıxarsınız" sualına "Əlbəttə" cavabını verib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər