3 Noyabr 20:11
1 331
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərazisi 53 hektar olan Mesiatsev adası Şimal Buzlu Okeanındakı Frans-Yozef arxipelaqından tamamilə yox olub. Bu barədə Rusiya Coğrafiya Cəmiyyətinin saytı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, Moskva Aviasiya İnstitutunun dosenti Aleksey Kuçeikonun ifadəsinə görə, itkin düşən ərazi Eva-Liv adasının ərazisində yerləşirdi. O, Mesyatsev adasının "tamamilə əridiyini" açıqlayıb. Bununla əlaqədar olaraq naviqasiya xəritələrində düzəlişlər etmək lazım gələcək, Kuçeiko bildirib.

Qeyd olunur ki, 2015-ci ilin avqustunda Mesyatsevi adasının sahəsi 53 hektara yaxın olub. Bu ilin avqustunda onun sahəsi artıq üç hektar idi. Bir ay sonra ada nəhayət yoxa çıxdı.

Alimlər bunu buzlaqların əriməsinə və dəniz səviyyəsinin qalxmasına səbəb olan qlobal istiləşmə ilə əlaqələndirirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər