20 İyun 2019 10:59
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur güney azərbaycanlı müğənni Hüşəng Azəroğlu vəfat edib.

Teleqraf.com xəbər verir ki, sənətçi bir müddətdir ağır xəstəlikdən əziyyət çəkib.

Ömrünün son illərini Urmiya şəhərində yaşayan müğənni Ənzəli şəhərində doğlub. O, güney azərbaycanlı kimi Türkiyədə musiqi üzrə “Qızıl Kəpənək” mükafatına layiq görülən yeganə sənətkardır.

H.Azəroğlu İranda islam inqilabından sonra İstanbula köçüb və uzun illər orada yaşayıb. 1985-ci ildə Türkiyənin mərhum prezidenti Turqut Özal tərəfindən “Qızıl Kəpənək” ödülü ilə mükafatlandırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu