Sumqayıtda dəm qazından zəhərlənən şəxslərin adları və onların son durumu açıqlanıb.
TƏBİB-dən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, ötən gün Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 3 nəfər (2 qadın, 1 kişi cinsli), Uşaq Xəstəxanasına isə 2 nəfər (1 qadın, 1 kişi cinsli) hospitalizasiya olunub.
Dəm qazından zəhərlənən şəxslər 1981-ci il təvəllüdlü İlqar Adil oğlu Süleymanov, onun həyat yoldaşı 1986-cı il təvəllüdlü Könül Zakir qızı Süleymanova, övladları 2006-cı il təvəllüdlü Yetər İlqar qızı Süleymanova, 2007-ci il təvəllüdlü Türanə İlqar qızı Süleymanova və 2008-ci il təvəllüdlü Ülvi İlqar oğlu Süleymanovdur.
“Dəm qazının toksiki təsiri diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlar ambulator müalicə üçün evə buraxılıblar”, - məlumatda qeyd olunub.