Gəncə şəhərində mağazadan oğurluq edilib.
Bu barədə Teleqraf.com-a Gəncə şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Kəlbəcər rayon sakini Musa Balacayevə məxsus mağazadan pəncərədən girmək yolu ilə 400 manat pul, danışıq kartları və tütün məmulatı oğurlanıb.
Oğurluğu törətmiş Kəlbəcər rayon sakinləri Behbud İsgəndərov və Ceyhun Əliyev tutulublar.
Hacı Zeynalov