Bakının Binəqədi rayonu ərazisində bıçaqlanma olub.
Bu barədə Teleqraf.com-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Bakı şəhər sakini Ədalət Qasımov münaqişə zəminində Şəki rayon sakini İxtiyar Abdurrəhmanovu bıçaqlayıb. İxtiyar Abdurrəhmanov xəstəxanaya yerləşdirilib.
Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ədalət Qasımov tutulub.
Hacı Zeynalov